AZ

Vüsalə Dadaşova ilə bağlı yeni məlumatlar yayılıb

Ötən gün Bakıda özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edən Vüsalə Dadaşova ilə bağlı yeni məlumatlar yayılıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə danışan V.Dadaşovanın qohumları bildiriblər ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət ediblər.

Mərhumun yaxını Arzu Əliyeva isə qeyd edib ki, Vüsalə Dadaşovanın öldüyü gün onu dərhal dəfn ediblər:

“Ekspertizaya icazə verməyiblər. Uşaqlarına da öyrədiblər ki, analarının pəncərəni silərkən yıxılıb öldüyünü desinlər. Atası yaşlı və çarəsizdir, kömək edəni yoxdur”.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü V.Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrənib. Münasibətdən xəbər tutan çarəsiz qadın isə çıxış yolunu intiharda görüb. O özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb.//Globalinfo.az

.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
21
xezernews.az

10Mənbələr