AZ

Vatikan qəzeti Azərbaycan ərazisindəki Qafqaz Albaniyası xristian memarlığından yazıb

Bakı. Trend:

Müqəddəs Taxt-Tacın yeganə rəsmi mətbuat orqanı olan“L’Osservatore Romano” qəzetində “Xristianlığın köklərində.Azərbaycanda Alban Apostol Kilsəsinin izində. Qədim QafqazAlbaniyasına səyahət” sərlövhəli məqalə dərc edilib.

Trend xəbər verir ki, ölkəmizə səfər edən qəzetin jurnalistiRossella Fabiani məqaləsində Azərbaycanda xristianlıq, qədim albanirsi, ölkəmizdə yaşayan dini icmaların vəziyyəti, eləcə də tarixifaktlara və həqiqətlərə geniş yer ayırıb. Yazıda 1836-cı ildə çar INikolayın Alban kilsəsini ləğv edib Erməni Qriqorian kilsəsinə tabeetmək qərarına gəldiyi diqqətə çatdırılıb.

Məqalədə Qafqazda Alban Apostol Kilsəsinin yaranmasının eramızınIV əsrinə təsadüf etdiyi bildirilir. Vurğulanır ki, qədim QafqazAlbaniyası şimalda dağlardan cənubda Araz çayına, şərqdə Xəzərdənizindən qərbdə Gürcüstan (o zaman İberiya) sərhədlərinə qədəruzanırdı. Bu gün onun ərazisində udi icması sayəsində hazırda damövcud olan bu qədim kilsənin izlərini aşkarlamaq üçün üç minkilometrə yaxın məsafə qət etdiyimiz Azərbaycan yerləşir. QafqazAlbaniyası dünyada həvari Faddeyin şagirdi vaiz Yeliseyin yaydığıxristian dinini qəbul edən ilk ölkələrdən biri olub. Qüdsün ilkpatriarxı Müqəddəs Yaqub tərəfindən Qafqaza göndərilən Yelisey onunöz sözləri ilə desək, Faddeyin ona nəql etdiyi kimi, İsanınhəyatından ilhamlanaraq Qafqazda Şərq ayinli qədim Alban ApostolKilsəsinin “toxumlarını” səpib.

Qeyd olunur ki, Yeliseyin səyahəti uzun çəkib. O, Qüdsdən yolaçıxıb, bir neçə ölkə keçərək müxtəlif dillər və tayfaların töhfəsiilə çoxəsrlik tarix formalaşdıran, plüralist, multietnik vəmultikultural kimlik ərsəyə gətirən diyar olan Şəki rayonundakı Kişkəndinə gəlib və burada Qafqaz Albaniyasının ilk kilsəsini qurub.Yazılı mənbələr və maddi mədəniyyət nümunələri I əsrdən başlayaraqburada dominant etnik qrup albanlar olmaqla, 26 tayfadan ibarətböyük bir mozaikanın mövcud olduğunu sübut edir. Bunlara gellər,leqlər, udilər (albanların birbaşa varisləri hesab olunurlar),qarqarlar, çilblər, silvlər, lupenlər, sovdelər və kaspilərdaxildir. Müxtəlif mədəniyyətlərə və dinlərə malik icmalara evsahibliyi etdiyi bilinsə də, Azərbaycanın indi süqut etmiş hesabolunmasına baxmayaraq, kilsənin və icmasının hələ də var olduğuQafqaz Albaniyası adı ilə tanınan böyük bir krallığın mərkəzindəyaradılan Şərq ayinli Alban Apostol Kilsəsinin beşiyi olduğu azməlumdur. 1937-ci ildə gürcü dilçisi İliya Abuladze erməniəlyazmasını araşdırarkən bir sıra qeyri-adi əlifbalar aşkaredənədək bu sivilizasiya və kilsənin mövcudluğu uzun müddət məlumolmayıb. 1947-ci ildə Azərbaycanın Mingəçevir şəhərində böyükbəndin tikintisi zamanı erməni əlyazmasında tapılanlarla eyni olanyeni yazılar aşkar edilib. Bir neçə il sonra - 1952-ci ildəəvvəlkilərlə eyni əlifbadan ibarət yeni əlyazma tapılıb. 1975-ciilin mayında Misirin Sinay dağındakı Müqəddəs Yekaterinamonastırında bir sıra yerləri məhv edən yanğından sonra çökmüşdöşəmənin altında salamat qalan bir məkan ortaya çıxıb. Orada XVIIIəsrdən bəri 140-ı gürcü mənşəli olmaqla, 1100 əlyazmasaxlanılırmış. Onlardan ikisi həlledici rolu ilə fərqlənirdi: NSina 13 və 55, perqament üzərində yazılmış kodekslər. X əsrə aidolan iki əlyazma bütövlükdə hər birində sözlər arasında boşluqqoyulmadan iki sütunda düzülmüş alban dilində mətndən ibarətpalimpsestlər idi (əsl mətnin yenisi ilə əvəz olunması üçünistifadə olunan material). İki palimpsestin yazısını Matenadaranəlifbası MS, 7117 və Azərbaycanda 1947-ci və 1952-ci illərdəaşkarlanmış qəbir daşı yazıları ilə müqayisə etdikdən sonra almanalimləri Jost Gippert və Volfgang Schulze belə qənaətə gəliblər ki,iki gürcü əlyazması N Sina 13 və 55 alban dilində tərtib olunub vəgünümüzə gəlib çatmamış əlyazmanın bir hissəsi olub. Lakin hərşeydən əvvəl Sinay palimpsestləri albanların liturgik dili iləudilərin müasir dili arasında davamlılığı sübut edirdi.

Məqalədə, eyni zamanda, bildirilir ki, bu tapıntılar əsasındaQafqaz Albaniyasında ilk kilsələrin I əsrə aid olduğunu iddia edənorta əsr yazılı mənbələrinin haqlı olduğunu söyləmək mümkündür. Buxüsusda Musa Kalankatuklunun (VII əsr) “Albaniya tarixi” kitabındayazdığı fikirlər əvəzsizdir: “Qüdsdə Yelisey İsanın qardaşı,Yerusəlimin birinci patriarxı olan Müqəddəs Yaqub tərəfindən təyinedilib. Yelisey Şərqi bir hədiyyə olaraq qəbul edib. Azərbaycanınşimalında yerləşən Quis (Kiş) kəndinə gəlib, burada kilsə təsisedib, qurban kəsib. Bu yer kilsələrimizin ilkin mənbəyi, qədimpaytaxtların əsası və əzəmət məkanının başlanğıcıdır”. Lakin yalnızIV əsrin ortalarında (313-cü ildə Milan Fərmanından sonra) Albankralları rəsmi olaraq xristianlığı qəbul edib və QafqazAlbaniyasının ilk paytaxtı Qəbələdə yerli pul zərb etməyə başlayıb.Bu, IV əsrdən VII əsrə qədər davam edən xristian memarlığınıninkişafının ikinci mərhələsinin başlanğıcı idi. Beləliklə,xristianlıq çoxtayfalı Alban dövlətinin birləşməsində mühüm amiləçevrilib. Qədim inanclara aid abidələrin yerləşdiyi məkanlarbazilikaların və kilsələrin tikintisi üçün bünövrə rolunu oynayıb.XII əsrdə isə Alban kilsəsi intibah dövrünü yaşayıb. Bu dövrdə yenikilsələr tikilib, ən qədimləri bərpa edilib, yeni memarlıqnümunələri yaradılıb. Buna misal olaraq 1204-cü ildə tikilən vəKəlbəcər rayonunda yerləşən Xatirəvəng monastırını, eləcə də1214-cü ildə inşa olunan və UNESCO tərəfindən ümumdünya əhəmiyyətliabidə kimi qeydə alınan Xudavəng monastırını göstərmək olar. Bundanəlavə, Ağdərə rayonunda yerləşən və əsası 1216-cı ildə qoyulmuşGəncəsər monastırı. Onun epiqraflarından birində “Albanpatriarxının göstərişi ilə albanlar üçün tikilib” yazılıb. Bu, çarI Nikolayın Alban kilsəsini ləğv edib erməni Qriqorian kilsəsinətabe etmək qərarına gəldiyi 1836-cı ilə qədər müstəqil qalan Albanknyazlığının mənəvi mərkəzi olan monastırdır.

Vurğulanır ki, 1828-ci ildə Osmanlı və Fars imperiyalarındangələn ermənilərin Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarınınərazilərinə köçürülməsini nəzərdə tutan Türkmənçay müqaviləsininimzalanması ilə artıq yavaş-yavaş alban kilsəsinin tənəzzülü başverib. Bundan sonra Qafqaz Albaniyasının irsininqreqorianlaşdırılması prosesi başlayıb. Lakin 1918-1919-cu illərdəQarabağda apardığı arxeoloji ekspedisiya zamanı Sovet ErmənistanıElmlər Akademiyasının prezidenti, şərqşünas Cozef Orbeli Qarabağınkilsə və monastırlarının, xüsusən də Gəncəsərin divarlarında həkkolunmuş mindən çox epiqrafı tədqiq və təsvir edib. Erməni arxeoloqu“Gəncəsar və Havotsptuk kitabələri” kitabında dərc etdirdiyitədqiqatın nəticələrinə əsasən belə nəticəyə gəlib ki, mədənimemarlıq irsi ümumdünya irsinin, xüsusən də xristian irsininayrılmaz hissəsi olan Qafqaz Alban Kilsəsinin irsidir.

“Azərbaycana səfər onu daha yaxından tanımaq üçün, sadəcə,başlanğıcdır”, - deyə jurnalist Rossella Fabiani məqaləsindəvurğulayıb.

Qeyd edək ki, bu, jurnalistin ölkəmizə səfərinə dair yazdığısilsilə məqalələrin birincisidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
7
az.trend.az

10Mənbələr