AZ

Ödənişli Bakı-Quba yolunda eyni yerdə iki QƏZA: Səkkiz nəfər xəsarət aldı - VİDEO

"Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun 150-200 kilometrliyində baş verən qəzada bir nəfər ağır xəsarət alıb".

BAKU.WS xəbər verir ki, bu məlumatı Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mubariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq verib.

O, qeyd edib ki, hadisələr ödənişli yolun Bakı - Quba istiqamətində baş verib:

"1993-cü il təvəllüdlü Bakı şəhər sakini Gülgün Tahir qızı Rəfiyevanın idarə etdiyi "Chery" markalı 77-ED-687 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin təkərində yaranmış nasazlıq səbəbindən avtomobil yoldan çıxaraq aşıb, sürücü yüngül bədən xəsarəti alıb. Həmin vaxt eyni istiqamətdə hərəkətdə olan 1990-cı il təvəllüdlü Güldəstə Natiq qızı Hüseynovanın idarə etdiyi "Chevrolet" markalı 77-GH-013 dövlət nömrə nişanlı avtomobil 1989-cu il təvəllüdlü Cavid Nəsib oğlu Nəsiblinin idarə etdiyi "KIA Optima" markalı 10-HD-202 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə çırpılıb. İlkin ehtimala görə, Cavid Nəsibli baş verən əvvəlki yol-nəqliyyat hadisəsini gördüyü üçün diqqəti yayınıb, avtomobilin sürətini azaldıb və bu zaman arxadan gələn Güldəstə Hüseynovanın idarə etdiyi avtomobil ona çırpılıb. Hadisə nəticəsində Güldəstə Hüseynovanın avtomobilində olan nənəsi 1952-ci təvəllüdlü Güldəstə Hüseynova aşağı ətrafın sınığı ilə xəstəxanaya yerləşdirilib. Digər şəxslərə isə ilkin tibbi yardım göstərilib və evə buraxılıblar, ciddi xəsarətləri yoxdur".

Bakı-Quba-Rusiya ödənişli avtomagistralının 153-cü kilometrində - Xaçmaz rayonunun Hülövlü kəndindən keçən hissəsində ağır xəsarətlə nəticələnən iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un məlumatına görə, "Chery" markalı minik avtomobili ödənişli yolda idarəetmədən çıxaraq aşıb.

Ardınca eyni ərazidə "Chevrolet" markalı minik avtomobili arxadan yolun kənarında dayanmaq istəyən KIA markalı maşına çırpılıb.

Baş verən qəzalar nəticəsində ümumilikdə səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
baku.ws

10Mənbələr