AZ

Avrasiya Stabilləşdirmə və İnkişaf Fondu Ermənistana 100 milyon dollar kredit verəcək


Avrasiya Stabilləşdirmə və İnkişaf Fondu (EFSD) Ermənistana 100 milyon dollar məbləğində kredit verəcək.
Yeniavaz.com
“News.am” portalına istinadla xəbər verir ki, müvafiq saziş Ermənistan hökumətinin iyulun 25-də keçirilən iclasında təsdiqlənib.
Portalın məlumatına görə, vəsaitlər dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə yönəldiləcək, həmçinin, iqtisadi islahatların həyata keçirilməsində istifadə olunacaq.
Saziş çərçivəsində, əsasən iqtisadi artım potensialının genişləndirilməsinə, əmək bazarının səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra tədbirləri özündə əks etdirən islahat siyahısı hazırlanıb.
Büdcəni dəstəkləmək üçün ortamüddətli perspektivdə beynəlxalq maliyyə qurumlarından, o cümlədən Avrasiya Stabilləşdirmə və İnkişaf Fondundan alınması planlaşdırılan kredit vəsaitlərinə ehtiyac ildə 400-450 milyon dollar həcmində qiymətləndirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
4
yeniavaz.com

10Mənbələr