AZ

Şahdili peyzajı - Təbiətdən tabloya

Bakı, 25 iyul, AZƏRTAC

"Qızıl Fırça" Bakıxanov Sənət Mərkəzinin gənc rəssamlarının iştirakı ilə Abşeron Milli Parkında "Şahdili peyzajı - Təbiətdən tabloya" adlı tədbir keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirdə gənc fırçaçılar dənizlə qurunun birləşməsi fonunda Şahdilini və onun gün batımını əks etdirən füsunkar mənzərəsini tablolara həkk edərək ictimaiyyətin diqqətini təbiət guşələrinin qorunmasının zəruriliyinə yönəltməyə çalışıblar.

Tədbirin yekununda Şahdili turu iştirakçılarına sertifikatlar təqdim olunub.

Layihənin növbəti mərhələsində gənc rəssamlar tərəfindən Abşeron Milli Parkında qum heykəltəraşlığının təqdimatı nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
7
azertag.az

8Mənbələr