AZ

SOCAR rəsmisi: "Tezliklə Azərbaycan qazının Serbiyadan nəqli ilə bağlı işlərə başlayacağıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan qazının Serbiya ərazisindən nəqli üzrə əməkdaşlıq genişləndiriləcək və yaxın aylarda bu istiqamətdə fəaliyyətə başlanılacaq".
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.
Onun sözlərinə görə, təbii qaz sahəsində tərəfdaşlıqdan başqa SOCAR, həm də Serbiya bazarına xam neft tədarükçüsüdür: "Bu ilin ilk altı ayında Serbiyaya xam neft tədarükü 2023-cü illə müqayisədə təxminən iki dəfə artıb. Təbii ki, biz bu əməkdaşlığı genişləndirməyə hazırıq. Azərbaycan ilə Serbiya arasında əməkdaşlığa töhfə vermək niyyətində olduğumuzu bildirmək istəyirəm".
Xatırladaq ki, 2023-cü ilin noyabrın 15-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Srbijagas" arasında 2024-cü ildə Serbiyaya 400 milyon kubmetrə qədər qazın nəqli haqqında müqavilə bağlanıb. 2024-2026-cı illərdə Serbiya Azərbaycandan illik 400 milyon kubmetrədək qaz alacaq, 2027-ci ildən etibarən tədarükün həcmi 1 milyard kubmetrədək artacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
50
oxu.az

10Mənbələr