AZ

SOCAR və Kazmunayqaz rəhbərləri görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Qazaxıstanın "KazMunayGaz” Milli Şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb. Bu barədə SOCAR məlumat yayıb.

Görüşdə şirkətlər arasında strateji tərəfdaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olunub, Qazaxıstan xam neftinin Azərbaycan ərazisindən tranzit həcminin artırılması və ticarəti məsələləri müzakirə edilib.
 
Tərəflər SOCAR ilə "KazMunayGaz” arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işləri nəzərdən keçirib, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nümayəndə heyəti "Azərtrans” və "Səngəçal” terminallarına səfər edəcək, burada yaradılan şərait və texnoloji proseslərlə tanış olub. 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
10
anews.az

10Mənbələr