AZ

Azərbaycan hotelləri 6 ayda 266 milyon manat qazanıblar - 27%-LİK ARTIM

2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri  265,7 milyon manat olub.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz çoxdur.

Onun da 60,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,1 faizi ictimai iaşə xidmətlərindən, 3,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
fed.az

2Mənbələr