AZ

Bir qrup beynəlxalq səyyah Qarabağa və Şərqi Zəngəzura səfər edib - FOTO

Bir qrup beynəlxalq səyyahın Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, səfər dünya miqyaslı 4 nəhəng səyyah klubundan biri olan MTP (Most Traveled People) səyahət klubu tərəfindən təşkil olunub.
 
Turistlər iyulun 25-də Şuşa-Xankəndi-Ağdam marşrutu üzrə hərəkət edəcək, iyulun 26-da Laçına, iyulun 27-də isə Cəbrayıl (Xudafərin körpüsü) və Füzuliyə səfər edəcəklər. Səfər zamanı səyyahlar Ermənistanın işğalı altında olduğu illərdə Qarabağ regionunda baş vermiş dağıntılarla, həmçinin rayonda aparılan bərpa işləri ilə tanış olacaqlar.
 
Qeyd edək ki, son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyyah Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Səyyah Çarlz Veylinin rəhbərlik etdiyi bu qrupun səfəri sayca 11-ci olacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
39
baku.ws

10Mənbələr