AZ

Moskva "Avropa"nı "Avrasiya" ilə DƏYİŞDİ

Rusiyanın paytaxtı Moskvada yerləşən Avropa Meydanının adı dəyişdirilərək Avrasiya Meydanı adlandırılıb.

 

Modern.az "Novaya Gazeta"ya istinadən xəbər verir ki, bu barədə sənədi paytaxtın meri Sergey Sobyanin imzalayıb.

 

“(...) Moskvanın Qərb inzibati rayonunun Doroqomilovo ərazisində, Kiyev dəmir yolu stansiyası yaxınlığında Berejkovskaya sahili boyunca yerləşən Avropa Meydanının adı dəyişdirilərək Avrasiya Meydanı adlandırılsın”, - qərarda deyilir.

 

Qeyd olunub ki, Avropa Meydanı 2002-ci ildə Rusiya-Belçika layihəsi çərçivəsində açılıb. 2023-cü ilin mart ayına qədər meydan bütün 48 Avropa ölkəsinin bayraqları ilə bəzədilmişdi, sonra paytaxt hakimiyyəti izahat vermədən bayraqları yığışdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
9
modern.az

10Mənbələr