AZ

Azərbaycanda Tütün Məhsullarına Aksiz Dərəcələri Artırıldı

Azərbaycanda alışdırılmadan nəfəsə çəkilən tütün məhsullarının aksiz dərəcəsi artırılıb. Nazirlər Kabinetinin qərarına əsasən, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların aksiz dərəcəsi 1000 ədəd üçün 14 manatdan 16 manata qaldırılıb.

Bakuinfo.net xəbər verir ki, dəyişiklik Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri" qərarında əks olunub.

Birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin aksiz dərəcəsi də əhəmiyyətli dərəcədə artırılaraq bir ədəd üçün 0.25 manatdan 2 manata qaldırılıb.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
2
bakuinfo.net

10Mənbələr