AZ

Ayxan Hacızadə Ermənistana edilən hərbi dəstəklə bağlı açıqlama verdi

Azərbaycan Avropa İttifaqının (Aİ) Ermənistana 10 milyon avroluq hərbi yardımı təsdiq etməsinə reaksiya verib.

Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib: "Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür. Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək''

Aİ-nin qərarına etiraz etdiklərini bildirən Ayxan Hacızadə, ediləcək yardımlarla bağlı şəffaf məlumat tələb etdiklərini bildirib.

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
50
trt.net.tr

10Mənbələr