AZ

İlham Əliyevin təltif etdiyi general KİMDİR… – FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə general-leytenant Niyazi Xanbaba oğlu Hacıyevı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib.

TEMPİNFO Modern.az-a istinadən xəbər verir ki, Niyazi Hacıyev uzun illər Azərbaycanın təhlükəsizlik orqanlarında yüksək vəzifələr tutub.

O, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi rəisinin müavini təyin edilib. 2003-cü ildə isə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini vəzifəsinə gətirilib.

Niyazi Hacıyeva 2002-ci ildə general mayor, 2005-ci ildə general-leytenant hərbi rütbəsi verilib.

General-leytenant hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində çalışır.

TEMPİNFO

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
4
tempinfo.az

10Mənbələr