AZ

Qarajda 2 uşaq anasıyla görüşdü - Hər ikisi öldü

İki nəfər Qubada faciəli şəkildə həlak olub.

Bakuinfo.net Oxu.az-a istinadən bildirir ki, hadisə gecə saatlarında baş verib. 1987-ci il təvəllüdlü Mehdi Məmmədov və 1992-ci il təvəllüdlü Aysel Əzizova qarajda minik avtomobilində görüşüblər. Avtomobildə işləyən kondisioner qarajda dəm qazının yığılmasına və nəticədə faciəyə səbəb olub. Səhər saatlarında hər iki şəxsin meyiti aşkarlanıb.

Mehdi Məmmədov subay idi, Aysel Əzizova isə əvvəllər evli olmuş və iki övladı var.

Hadisə ilə əlaqədar Quba Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
5
bakuinfo.net

10Mənbələr