AZ

Oğul anasına ciyərini verdi - FOTO » Medical Media


Hacıqabul rayonu sakini 1996-cı il təvəllüdlü Elçin İxtiyar oğlu Qaniyev ölümlə üz-üzə qalan anası 1975-ci il təvəllüdlü Tamam Zakir qızı Qaniyevaya öz qaraciyərini verib.

Qaraciyər yetməzliyi, serroz diaqnozu ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında daimi həkim nəzarətdə olan və müalicə alan T. Qaniyevaya bir müddət əvvəl səhhəti daha da pisləşib və ona qaraciyər transplantasiyası əməliyyatı olunması tövsiyyə olunub.
Yekun qərara əsasən, 06.05.2024-cü ildə icbari tibbi sığorta hesabına paytaxt Bakıda əməliyyat keçirən anaya öz oğlu donor olub və əməliyyat uğurla başa çatıb.

Əməliyyatdan sonra hər iki şəxsin Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam etdirilir.

Hazırda ana və oğlunun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Seçilən
128
15
medicalmedia.az

10Mənbələr