AZ

Azər Həsrət: Azərbaycan tərəfi Karapetyanla bağlı müvafiq addımlar atmalıdır

Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan 2021-ci ildə baş verən toqquşmalara görə məsuliyyət daşıdığını dolayısı ilə etiraf edib.

Bu barədə Karapetyan sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Azərbaycan Ordusuna atəş açmaq əmrini verdiyini təsdiqləyib:

“Bəli, sərhədi qanunsuz pozan düşmənə atəş açmaq əmri vermişəm. Bəs bu əmr olmasaydı, əsgərim necə qoruna bilərdi?”

O iddia edib ki, sərəncamı Paşinyanın xoşuna gəlməyib və onu dərhal vəzifədən azad edib.


Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Azər Həsrət bildirib ki, Ermənistan vətəndaşının belə etirafı onun məsuliyyətə cəlb olunması üçün yetərli sayıla bilər:

“Hüquqi cəhətdən araşdırılacaq və ona uyğun cavab veriləcək. Amma nəzərə almaq lazımdır ki, sözügedən şəxs xarici ölkə vətəndaşıdır. Eyni zamanda öz ölkəsinin ərazisində fəaliyyət göstərib və həmin əməlləri törədib. Ona görə də Azərbaycan dövlətinin hansısa şəkildə Karapetyanı məsuliyyətə cəlb etməsi asand deyil. Lakin Ermənistanın özü bu etirafı nəzərə alaraq, müvafiq araşdırmalara başlamalıdır. Ermənistan hakimiyyəti həmin araşdırmaları aparmaqla göstərə bilər ki, Azərbaycanla dinc yaşamağa hazırdırlar. Əks təqdirdə Azərbaycan düşünəcək ki, Ermənistan belə hallara yönəlik şəxsləri cəzalandırmır, əksinə təqdir edir. Əgər təqdir edirsə, deməli, iki dövlət və xalq arasında qarşıdurmanın dərinləşməsində maraqlıdır. Azərbaycan tərəfi Karapetyanla bağlı müvafiq addımlar atmalıdır. Karapetyanın əməli ilə bağlı beynəlxalq səviyyədə məsələ qaldırılması mümkündür. Hətta onun cinayət əməlinin olub-olmaması ilə bağlı müəyyən araşdırmalar aparıb, sübutlarla birlikdə beynəlxalq qurumlara müraciətlər edə bilərik. Təbii ki, Karapetyanı Ermənistandan Azərbaycana gətirib cəzalandırmaq olmayacaq”.

Qeyd edək ki, Karapetyanın çox böyük ehtimalla 13 noyabr 2021-ci ildə Qarabağdakı separatçı-terrorçu tör-töküntülərinin Azərbaycan əsgərinə qarşı təxribatı ilə başlayan, daha sonra isə Ermənistan ordusunun sərhəddə Ordumuza qarşı atəş açması ilə davam edən toqquşmanı nəzərdə tutur. Belə ki, separatçı-terrorçulara “yardım üçün” sərhəddə atəşi pozmağa başlayan Ermənistan ordusuna 15-16 noyabrda ağır zərbə vurulmuş və düşmən susmağa məcbur olmuşdu. Məhz həmin gün də Karapetyan vəzifədən alınmışdı.
Seçilən
120
24
sherg.az

10Mənbələr