AZ

Gənclər təşkilatı regionlarda tədbirlərini davam etdirir - FOTO

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 23 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə İsmayıllı rayonunda “Narkomaniya təhlükəsi barədə maarifləndirmə” adlı tədbir keçirmişdir. İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən tədbirdə rayon ziyalıları və gənclər iştirak etmişlər.

Hurriyyet.az xəbər verir ki, tədbiri giriş sözü ilə mərkəzin drektoru Lətifə Əliyeva açaraq qonaqları salamlayıb və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə bu kimi maarifləndirici mövzuları dəstəklədiyinə görə təşəkkürüni bildirib.

Layihənin rəhbəri Tələt Qəribov narkomaniyanın yayılma səbəbləri, onun ətrafımızdakı qonşu dövlətlərin məkrli planı olduğunu deyd edib: “Bəzi insanlar asan qazanc əldə etmək üşün narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olurlar ki, sonda da gənclərimiz narkotik bəlasına düçar olur, həbsxanalara düşürlər. Narkomaniya cinayət hallarının çoxalmasına, ailələrin dağılmasına, xəstə uşaqların doğulmasına, avtoqəzaların çoxalmasına, ailədaxili cinayətlərin baş verməsinə və s. bu kimi neqati halların baş verməsinə səbəb olur”.

Rayonun ziyalılarından olan Şahmməmməd Sultanov narkomaniya bəlasının bütün bölgələrdə yayıldığını vurğulayıb.

İsmayıllı xəstəxanasının narkolok həkimi Mahir Azayev bu sahədə görülən işlərdən danışıb, xətəxanada rəsmi qeydiyyatda olan narkomanların sayını açıqlayıb. O deyib ki, bütün bunlarla yanaşı, qeydiyyata düşməyən narkomanlar da var. “Həqiqətən də, turizm zonası hesab olunan bir rayon üçün bu statistika heç də ürək açan deyildir”, - deyə narkoloq həkim bildirib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin hüquqşünası Rasim Pənahov və İcra Halimiyyətinin məsul əməkdaşı Nəsimi Temirov bu sahədə rayonda görülən tədbirlər haqda geniş məlumat veriblər.

Tədbir çay süfrəsi ətrafında geniş müzakirələrdən sonra başa çatıb.

Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
hurriyyet.az

3Mənbələr