AZ

Mahir Emreli Almaniya klubu ilə razılığa gəlib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının futbolçusu Mahir Emreli ilə danışıqları davam etdirən Almaniyanın "Nürnberq" klubu yekun qərarını bu həftə açıqlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə II Bundesliqa təmsilçisinin idman direktoru Joti Xatsialeksiu yerli mətbuata açıqlamasında deyib.
O, 27 yaşlı hücumçu ilə müqavilə imzalamağa hazır olduqlarını bildirib.
Qeyd edək ki, Mahir Emrelinin Zaqreb təmsilçisi ilə 2026-cı ilin yayınadək müqaviləsi var.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
oxu.az

10Mənbələr