AZ

Qadınların seçkilərdə iştirakı məsələsi müzakirə edilib

Azərbaycan Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihəsi çərçivəsində dəyirmi masa təşkil edilib.

“İki sahil” xəbər verir ki, tədbirdə MSK sədri Məzahir Pənahov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və komitənin Hüquq təminatı şöbəsinin müdiri Taliyə İbrahimova iştirak ediblər.

İclas zamanı MSK müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə proqramı əsasında gerçəkləşdirilən layihənin cəmiyyətdəki aktiv mövqeyi, məqsədyönlü fəaliyyətləri, Azərbaycan qadınlarının qarşıdan gələn seçkilərdə fəallıqlarının daha da yüksəldilməsi üçün yaradılan geniş və hərtərəfli imkanlar müzakirə edilib.

Qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn müxtəlif layihələrin qadınların seçkilərdə azad və sərbəst fəaliyyətinin təkmilləşdirilməsi, məlumatlılığının artırılması, fəallığı baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Açılış nitqlərindən sonra dəyirmi masanın gündəliyinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçilərinin təqdimatları dinlənilib. İştirakçılar seçki hüququnun konstitusion əsasları, onun təmin edilməsi və həyata keçirilməsi formaları, eləcə də Milli Məclisə seçkilərdə qadınların fəallıqlarını daha da artırması üçün imkanlar barədə ətraflı məlumatlandırılıb.

Dəyirmi masa sual-cavab formatında davam edib.

Seçilən
46
4
ikisahil.az

10Mənbələr