AZ

Qəbələdə çətənə yetişdirən şəxs saxlanılıb – FOTO

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 45 yaşlı Nadir Ağayev saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Doğru.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 18 ədəd çətənə kolu aşkar edilib. N.Ağayev narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiyini bildirib.

Məhkəmənin qərarı ilə N.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-17217976496552613851_1200x630

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
23
dogru.az

10Mənbələr