AZ

39 dərəcə isti, 9 mm yağıntı - FAKTİKİ HAVA

İyulun 24-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən xəbərə görə, məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

    Lakin gecə Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.
    Düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 9 mm, Şəkidə 4 mm olub.
    Əvvəlcədən verilən sarı xəbərdarlığa uyğun olaraq iyulun 24-ü səhər şimal-qərb küləyi arabir Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 37, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    85
    49
    fed.az

    10Mənbələr