AZ

“Əcnəbilər çıxsın” dedilər, düşərgə saldılar

Yazını böyüt
Yazını kiçilt

Almaniyanın hər yerindən gələn punklar turistik Silt adasında etiraz düşərgəsi qurublar.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, Şimal dənizindəki ada adətən zənginlərin üstünlük verdiyi yerdir. Ancaq üç ildir bölgəyə gələn gənc solçular, radikal sağ iqtisadi məhrumiyyətlərə və iqlim böhranına etiraz edir.

Bölgə administrasiyasından Hans-Martin Slopianka bildirir ki, çadırlarda yatdıqları, kimyəvi tualetlərdən istifadə etdikləri və zibillərini uyğun yerə atdıqları müddətcə onlara sentyabrın 6-dək icazə veriblər.

Slopianka vurğulayır ki, fəalların öz aralarından seçdiyi mühafizəçilər də bu qaydaların icrasına cavabdehdirlər.

Silt Bələdiyyəsinin sözçüsü Florian Korte, "Biz etiraz düşərgələrinin dinc şəkildə davam edəcəyini güman edirik" deyib.

“Aktion Sylt”dən Marvin Bederke, səlahiyyətlilərlə bağladıqları müqaviləyə uyğun olaraq maksimum 300 nəfəri qəbul edə biləcəklərini vurğulayır.

Təşkilat bildirir ki, onun hərəkətləri “vergidən yayınan nasist nəslinə qarşıdır”.

Yay boyu etiraz aksiyaları təşkil edilsə də, konsertlər, panellər və simpoziumlar kimi mədəni tədbirlər keçiriləcək.

Bu düşərgə Almaniyanın 2022-ci ildə ayda 9 avroya ölkə daxilində limitsiz qatar səyahətinə start verməsi ilə başladı. Karbon tullantılarını azaltmağı hədəfləyən bu addım fəalların daşınmasını da asanlaşdırıb.

Silt adası mayın 24-də sosial mediada yayımlanan 14 saniyəlik şəkli ilə son vaxtlar trend mövzusuna çevrilmişdi. Adada təşkil edilən şənlikdə əksəriyyəti gənclərdən ibarət bir qrup Gigi D'Agostinonun "L'amour Toujours" mahnısı sədaları altında rəqs edərək, "Almaniya almanlarındır, əcnəbilər getsin" sözlərini səsləndirib.

Bildirək ki, qeydlərdə bir nəfərin barmaqlarını yuxarı dodağının üstünə qoyub, nasist liderinin bığını nəzərdə tutaraq Hitler salamı verməsi diqqət çəkib.

İrqçi görüntülərin ortaya çıxmasından sonra bəzi siyasətçilər və bir çox insan sosial mediada reaksiya verib. İctimaiyyəti təxribat törətmək və konstitusiyaya zidd simvollardan istifadə etməklə bağlı araşdırmalara başlanıldığı açıqlanıb.

Seçilən
7
hafta.az

1Mənbələr