AZ

Meqan boyunbağısı ilə gündəm oldu - Fotolar

Sasseks hersoqu Harrinin həyat yoldaşı Meqan Markl bahalı boyunbağı taxaraq ictimaiyyət qarşısına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, müvafiq görüntüləri “Daily Mail” dərc edib.

Şahzadə Harrinin 42 yaşlı həyat yoldaşı Montecitoda “Gəlin atası” filminin ulduzu Kimberli Uilyams-Peysli ilə görüşərkən görüntülənib.

Paparazzilər Meqanı ağ köynək, mavi düz cins şalvar, bej rəngli balet ayaqqabı və qara gün eynəyi ilə çəkiblər. Onun əlində qara dəri çanta, boynunda “Cartier” brendinin 13 400 dollarlıq boyunbağısı olub.




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
9
qafqazinfo.az

10Mənbələr