AZ

Samur-Abşeron kanalında uşaq batdı

Samur-Abşeron kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində bir nəfər (uşaq) batıb.

Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
29
bakupost.az

10Mənbələr