AZ

Deputata məxsus olduğu deyilən şirkət məhkəmə qarşısında

"Embawood" şirkəti barəsində inzibati protokol tərtib edilib. 

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 339.1-ci (Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozma) maddəsi ilə ittiham edilir. 

İşə Yasamal Rayon Məhkəməsində baxılacaq.

339.1-cu maddəyə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Mediada gedən və təkzib olunmayan məlumatlara görə "Embawood" şirkəti deputat Məşhur Məmmədova məxsusdur. 

Hüseyn

Seçilən
11
2
valyuta.az

3Mənbələr