AZ

Chery hibrid krossoveri yürüş ehtiyatına görə dünya rekordunu qeydə alıb

Fulwin T10 modeli Çinin ictimai yollarında yanacaq doldurmadan 2100 kilometrdən çox məsafə qət edib. Testin nəticələri Ginnesin Rekordlar Kitabına düşüb. Maraqlıdır ki, yeni Chery modeli daha aşağı göstəricilərlə sertifikatlaşdırılıb: dolu yanacaq çəni və batareya ilə beş metrlik krossoverin yürüş ehtiyatı 1400 kilometr (CLTC) təşkil edir.

Fins.az xəbər verir ki, Fulwin T10 krossoveri Chery Tiggo 9 modelinin C-DM benzin-elektrik güc qurğusu ilə təchiz edilən uzun və yenidən işlənmiş versiyasıdır. Boş çəkisi təxminən iki ton olan 4,85 metr uzunluğundakı avtomobil ön və ya tam ötürməli ola bilər, kapotun altında isə 1,5-litrlik “turbodördlük” var.

Rekord, böyük ehtimalla, daha yüngül, beş oturacaqlı ön ötürməli krossover tərəfindən qeydə alınıb. Döşəmənin altında daxili yanma mühərrikini işə salmadan 200-210 kilometr məsafə qət etməyə imkan verən 34,46 kilovat-saat tutumlu dartma batareyası yerləşir. Onun “superçarcerdan” 30%-dən 80%-ə qədər doldurulmasına 18 dəqiqə lazımdır. Fulwin T10 modelinin çatdırılmalarına bu həftə, iyulun 25-də başlanmalıdır.

Dünya rekordu plug-in hibridin satışları üçün katalizator ola bilər. Bu ayın əvvəlində daha bir Çin benzin-elektrik avtomobili Ginnesin Rekordlar Kitabına düşüb - Fang Cheng Bao Leopard 5 krossoveri hibridlər üçün görünməmiş 5980 metrlik hündürlüyə qalxıb.

Kaira Agayeva

Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
10
fins.az

10Mənbələr