AZ

Simpsonlar, bir daha ABŞ-dakı tarixi bir hadisəni öncədən proqnozlaşdırıblar!

     The Simpsons çizgi filminin "Bart to the Future" epizodunda Lisa Simpson, ABŞ-ın ilk qadın prezidenti kimi təsvir edilmişdir. Bu epizodda, Lisa, bənövşəyi kostyum, mirvari boyunbağı və sırğa kombinasiyası ilə Kamala Harris-in 2021-ci ildə inauqurasiya mərasimində geyindiyi paltara çox oxşar bir geyim geyinir. Bu oxşarlıq, serialın yazarlarından Al Jean-ın sosial şəbəkədə paylaşdığı paylaşımla diqqət çəkib.     Al Jean, bu oxşarlığın sırf təsadüf olduğunu bildirib. Ancaq sosial mediada paylaşılan görüntülər və serialın keçmiş proqnozları izləyicilər arasında böyük təsir bağışlayıb. Daha əvvəl iddia edilmişdi ki, The Simpsons, 1998-ci ildə "When You Dish Upon a Star" serialında Disney tərəfindən 20th Century Fox-u alacağını proqnozlaşdırmışdı. Bu proqnoz da 2017-ci ildə gerçəkləşmişdir. "Bart to the Future" epizodu, daha digər bir böyük hadisəni də proqnozlaşdırmışdır. Epizodda prezident Lisa Simpson, Donald Trump-dan təhvi aldığı büdcə problemini dilə gətirir. Beləliklə, Simpsonlar, Trump-ın prezidentliyini və ondan sonra gələn ilk qadın prezidentliyə namizədi təxmin etmiş olub. Bu proqnozun nə dərəcədə reallaşacağını zaman göstərəcək.

Seçilən
193
6
technote.az

10Mənbələr