AZ

Müxtəlif qurumlara kiberhücumlar edən şəxs tutuldu

Müxtəlif qurumların serverlərinə kiberhücumlar edən şəxs saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, əməliyyatı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları həyata keçirib.

Saxlanılan özünü internet saytlarının təhlükəsizlik məsələləri üzrə mütəxəssisi kimi təqdim edən Şahin Rəcəbovdur.

O, müxtəlif müəssisə və təşkilatlara zəng edərək özünü internet saytlarının təhlükəsizlik məsələləri üzrə mütəxəssisi kimi təqdim edib, müəssisə və təşkilatlara məxsus domenlərin yerləşdiyi server və elektron xidmətlərin onun nəzarəti altında olduğunu, habelə həmin müəssisələrə saxta hesab-fakturalar göndərərək təcili ödəniş etmələrini, əks təqdirdə onlayn xidmət sahələrinin fəaliyyətini tam dayandıracağını deyib. 

Bu yolla domen və serverlərin bağlanmaması üçün obyekt sahiblərindən qanunsuz pul vəsaitləri tələb edən Ş.Rəcəbova barəsində cinayət işi başlanılıb.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
49
yenisabah.az

10Mənbələr