AZ

İranın nüvə sazişinin taleyi ABŞ seçkilərindən asılı olacaq - Politoloq

"Tehranın nüvə sazişini yenidən gündəmə gətirməsi, ABŞ -da seçkilərdən sonra aydın olacaq. İranın yeni adminstrasiyası nüvə sazişinə qayıtmaq və danışıqları bərpa etməyə hazırdı".

Bu sözləri Sİtat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, İranla altılıq ölkələri arasında imzalanmış "Hərtərəfli Fəaliyyət" planına əsasən İran Uranın zənginləşdirilməsini dayandırır və sanksiyalar aradan götürülür:

" ABŞ prezidenti seçilən D. Tramp 2017-ci ildə bu sazişdən bitərəfli şəkildə çıxıb. İranın yeni prezidenti M. Pezeşkian baş məsləhətçisi, sabiq xarici işlər naziri C. Zərif yenidən danışıqlara hazır olduqlarını elan edib. Qərblə danışıqları yenidən C. Zərif aparacaq".

M.Əsədullazadə vurğulayıb ki, əgər, ABŞ prezidenti Donald Tramp seçilərsə, İranla danışıqlar baş tutmayacaq: "Çünki İsrail danışıqların əleyhinədir. Tramp İsrailin maraqlarından çıxış edir. İranın ABŞ-la nüvə danışıqları sual altındadır".

Türkan,

Sitat.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
2
sitat.info

10Mənbələr