AZ

PSJ 19 yaşlı portuqaliyalı futbolçu üçün 120 miylon avro təklif edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransanın PSJ klubu "Benfika"nın 19 yaşlı futbolçusu üçün 120 milyon avro təklif göndərib.
Oxu.Az idman jurnalisti Fabrizio Romanonun şəxsi "Instagram" profilindəki paylaşımına istinadla xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi Juan Neveş karyerasını PSJ-də davam etdirə bilər. Paris klubu gənc futbolçu üçün 120 milyon avro təklif edib.
Juan Neveş Fransa klubuna keçmək istəsə də, komandalar arasında danışıqlar yekunlaşmayıb.
Qeyd edək ki, Juan Neveş indiyədək ümumilikdə 113 görüşdə meydana çıxıb. Beş qol, səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
50
oxu.az

10Mənbələr