AZ

Xaçmazda evdə partlayış olub, biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb

Xacmaz rayonunun Nabran kəndində fərdi yaşayış evində partlayış baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə zamanı həmin evdə olan Tovuz rayon sakinləri 33 yaşlı Elşən Müzəffərzadə, 32 yaşlı Növrəstə Namazova və 2 yaşlı Mərd Mirzəzadə müxtəlif dərəcəli xəsarətlər alıb.

İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib.

Hazırda fakt araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
apa.az

10Mənbələr