AZ

Şamaxıda Milli Mətbuat Günü münasibətilə dəyirmi masa keçirilib

Şamaxı, 22 iyul, Rəşad Türkoğlu, AZƏRTAC

Milli Mətbuat Günü münasibətilə Şamaxı Rayon İcra Hakimiyyətində media nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edərək ölkəmizdə peşəkar mətbuata, söz və ifadə azadlığına göstərilən dövlət dəstəyindən söhbət açıb. Görüşdə regionda, o cümlədən dünyada ədalətin bərpa olunması istiqamətində dövlətimiz tərəfindən atılan addımlar, həmçinin Şuşada keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Qlobal Media Forumunun əhəmiyyətindən bəhs edilib, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə dünya mediasına verilən vacib mesajlar və cəmiyyətin sağlam inkişafında düzgün informasiyanın əhəmiyyəti müzakirə olunub.

Tədbirdə çıxış edən media nümayəndələri dövlət qayğısına, həmçinin dəqiq, qərəzsiz və operativ informasiyanın əldə olunması və cəmiyyətə çatdırılması üçün yaradılan işgüzar mühitə görə razılıqlarını ifadə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
azertag.az

2Mənbələr