AZ

"Real Madrid" "Bavariya" klubunun Arda Güler üçün göndərdiyi təklifini geri çevirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Real Madrid" klubu Arda Güleri transfer etmək istəyən "Bavariya"ya "yox" deyib.
Oxu.Az Marca.com-a istinadla xəbər verir ki, Almaniya nəhəngi Arda Güleri icarə əsasında transfer etmək istəsə də, türkiyəli futbolçu və "Kral" klubunun rəsmiləri keçid üçün müsbət cavab verməyiblər.
Belə ki, Arda Güler "Real Madrid"də xoşbəxt olduğunu və komandadan ayrılmaq istəmədiyini deyib.
Qeyd edək ki, Arda ötən mövsüm İspaniya çempionatının 10 oyununda iştirak edib, 6 qol vurub. Onun "Real"la hazırkı müqaviləsi 2029-cu ilin ortasına qədərdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50
oxu.az

10Mənbələr