AZ

Şəhid övladları Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı rəsmi paradda iştirak ediblər - FOTOLAR

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə orta və ali təhsil müəssisələrində təhsil alan 30 nəfər şəhid övladı üçün Şimali Kipr Türk Respublikasında təşkil olunan “Yay Məktəbi”nin növbəti günündə iştirakçılar Kipr Sülh Əməliyyatının 50-ci ildönümü münasibətilə Lefkoşada keçirilən rəami paradda iştirak ediblər. Türkiyə Respublikasının Prezidentdi Rəcəp Tayyip Ərdoğan, ŞKTR Prezidenti Ersin Tatar, həmçinin hər iki ölkənin və Azərbaycanın dövlət rəsmiləri də paradın tamaşaçıları sırasında olublar.

Günün davamında şəhid övladları ingilis dili bacarıqlarının təkmilləşdirilməsi məqsədilə interaktiv təlimlərdə iştirak ediblər. Daha sonra “Yay Məktəbi” iştirakçıları Kipr Sülh Əməliyyatının 50-ci ildönümü münasibətilə Türk Silahlı Qüvvələri tərəfindən hazırlanan sərgiyə qatılıblar.

Günün ikinci yarısında isə şəhid övladları Girne və Gazimağusa şəhərlərinin tarixi və turistik məkanlarını ziyarət edərək onlar barədə məlumat əldə ediblər.

Qeyd edək ki, “Yay Məktəbi” 28 iyul tarixində yekunlaşacaq.

Seçilən
81
20
qht.az

10Mənbələr