AZ

"Real Madrid" klubu səfər matçları üçün nəzərdə tutulan oyunçu formasını təqdim edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Real Madrid" klubu səfər matçlarında oyunçuların geyinəcəyi formanın təqdimatını edib.
Oxu.Az Championat.com-a istinadla xəbər verir ki, "Kral" klubunun 2024/25 mövsümündə oyunçuların səfərdə geyinəcəyi formaları narıncı rəngdə olacaq.
Klub rəsmiləri formanın təqdimatını belə ifadə ediblər:
"Meydançanı fəth etmək, tribunalara hakim olmaq və küçələrdə gəzmək üçün "Real Madrid"in yeni hazırlanmış ikinci forması sizə rahatlıq və üslub təqdim edir. Klassik üçrəngli zolaqlar və sonsuz qrafika azarkeşlərin öz oyunçularına olan sonsuz məhəbbətini simvollaşdırır"
Qeyd edək ki, 2023/2024 mövsümündə "Real Madrid" İspaniya çempionu olub. Karlo Ançelottinin yetirmələri 38 matçda 95 xal toplayıblar. "Los Blankos" UEFA Çempionlar Liqasının da qalibi olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
50
oxu.az

10Mənbələr