AZ

Tərəvəz və meyvələrin emal məhsullarının ixrac gəlirləri artıb

Bu ilin yanvar-iyun ayları ərzində ölkədən 19,7 milyon ABŞ dolları dəyərində 13,8 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2023-cü ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə ixracın dəyəri 21,8 faiz, həcmi isə 10,4 faiz artıb.

Cari ilin ilk altı ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,15 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,24 faizə bərabər olub.

Seçilən
45
1
vergiler.az

2Mənbələr