AZ

Bu il korrupsiya əməlinə görə 25 nəfər cinayət başında saxlanılıb

Bu il Azərbaycanda 25 nəfər cinayət başında yaxalanıb.

Bunu Baş Prokurorluqda keçirilən geniş kollegiya İclasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, 2024-cü ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 93 cinayət işi başlanılıb.

"Keçirilmiş əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 25 şəxs bilavasitə cinayət başında yaxalanıb, habelə 4 nəfər axtarışda olan şəxs saxlanılıb", - Baş prokuror qeyd edib.
Seçilən
30
48
7news.az

10Mənbələr