AZ

Ukraynalı deputatdan proqnozlar: Tramp Zelenskini istefaya məcbur edəcək?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yenidən seçiləcəyi təqdirdə, səlahiyyətləri mayın 20-dən sonra rəsmən başa çatan Ukrayna Prezidenti Volodimir Zelenskini istefaya getməyə məcbur edəcək, Ali Radanın yeni rəhbəri isə Rusiya ilə münaqişənin həllinə dair saziş imzalamağa məcbur olacaq.
Bununla bağlı Ukrayna parlamentinin deputatı Yevgeni Şevçenko fikirlərini belə ifadə edib.
Bu barədə Oxu.Az Şevçenkonun "Telegram" kanalına istinadən bildirir.
"Düşünürəm ki, Tramp Prezident Zelenskini istefaya getməyə və parlamentin yeni rəhbərini qarşılıqlı güzəştlərlə Rusiya ilə sülh sazişi imzalamağa məcbur edəcək", - deyə o, "Telegram" kanalında yazıb.
Şevçenko hesab edir ki, münaqişənin həlli çərçivəsində Krım Rusiyanın ərazisi kimi tanınacaq, Zaporojye və Xerson vilayətləri Kiyevə qaytarılacaq, Donbas konfederasiya hüququ əsasında Ukraynanın tərkibinə qayıdacaq.
"NATO həmişə qapılarını bizim (Ukrayna) üzümüzə bağlayır. Bir neçə ölkəyə görə biz heç vaxt Aİ-yə qəbul edilməyəcəyik, ilk növbədə Polşa və Almaniyaya görə. Rus dili millətlərarası ünsiyyətin rəsmi dilinə çevriləcək. Biz Bandera ilə vidalaşmalı olacağıq, hər bir mənada. Radikal fiqurlar Ukrayna ərazisini tərk etməyə məcbur olacaqlar", - deyə deputat proqnoz verib.
Yevgeni Şevçenko, həmçinin hesab edir ki, Ukraynada seçkidən sonra ölkənin yeni konstitusiyası məsələsi ilə bağlı referendum keçiriləcək.
Eyni zamanda, onun fikrincə, Rusiya və Avropa İttifaqı dağıdılmış infrastrukturun, sənayenin, şəhərlərin və kəndlərin bərpası üçün vəsait ayıracaqlar. ABŞ və Rusiya strateji hücum silahlarına dair yeni müqavilə imzalayacaqlar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
oxu.az

10Mənbələr