AZ

Co Bayden yarışdan çəkildi: Harris Demokratlara yeni nəfəs verə biləcəkmi? - Amerikalı ekspertlər ŞƏRH EDİR

Ötən gecə ABŞ - ın 46-cı və hazırki prezidenti Cozef Bayden prezidentlik yarışından çəkildiyini rəsmi olaraq elan etdi. Hərçənd bir çoxlarına görə bu gözlənilən addım idi. Ötən həftə - Trampa qarşı sui-qəsd cəhdi, Baydenin debatda məğlub durumda olması və bunun üzərinə COVİD xəstəliyinə tutulması kimi məsələlər ortaya çıxdığı kimi, KİV - də artıq onun ailəsinin Baydendən namizədlikdən çəkilməsini xahiş edəcəkləri başlıqlı xəbərlər yayılmağa başlandı. Lakin burada hər kəsi maraqlandıran sual odur ki, Demokratların növbəti namizədi kimdir? Yüksək ehtimala əsasən bu, vitse-prezident Kamal Harris olacaq. Bəs o, Trampın reputasiyasını dəf edə biləcək və Demokratların yeni nəfəsi olmağı bacara biləcəkmi?

ABŞ Xarici Siyasəti, milli təhlükəsizlik məsələləri və Beynəlxalq Münasibətlər üzrə ekspert Piter Teys mövcud durumla bağlı fikirlərini Ednews - a bölüşüb:

Peter-Marko-Tase.jpg

"Baydendən sonra Demokratlar Partiyasının prezidentliyə namizədi kimi Kamala Harrisin 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində uduzacağı gözlənilir, lakin o, Kaliforniyadakı erməni diaspor qruplarından təşviqat maliyyəsini almağa davam edəcək və bu, içəridə daha da parçalanmaya səbəb olacaq. ABŞ tarixində yalnız Maykl Pens Kamala Harrisdən daha pis vitse-prezident olub. Prezident Tramp 5 noyabr 2024-cü ildə keçiriləcək prezident seçkilərinin güman edilən və yüksək ehtimalla qalibidir. Kamala Harris güclü bir lider deyil və Terrorizmə qarşı müharibədə NATO-nu təşviq etmək, Cənubi Amerikada Çin genişlənməsinin qarşısını almaq bir yana qalsın, o, hələ ABŞ - da qeyri-qanuni immiqrasiyaya qarşı mübarizədə düzgün bir iş çıxara bilməyib. Ona görə də onun namizədliyi ilə gedişatın çox dəyişəcəyini düşünmürəm".

ABŞ - da yaşayan alman əsilli siyasi analitik Brendan Freyser hesab edir ki, Baydenin namizədlikdən çəkilməsi bir nəbzə də olsa Demokratlara ikinci şans verib:

"Baydenin namizədlikdən çəkilməsi üzərinə, vitse-prezident xanım Kamala Harrisin dərhal bunun ardınca prezidentin "vərasəti"ni götürməsini nəzərə alsaq, bunu artıq öncədən planlaşdırıldığını fərz edə bilərik. Doğrudur Harris özünün vitse-prezidentliyə gəlməsi üzərinə çox böyük gözləntilər ilə gəlmişdi: İlk afro-amerikan və Hindistan əsilli bir xanım ölkədə hakim vəzifələrdən birini qazanmışdı. Lakin irqi perspektivdən kənara çıxarsaq, əsasən öz işi ilə gözləntiləri qarşılaya bilmədi. Zatən ABŞ - da vitse-prezident vəzifəsini tutan siyasətçilər o, bu vəzifədə etdikləri fəaliyyətləri ilə ön plana çıxmırlar. Hər zaman prezidentin kölgəsində olurlar. Yəni bir növ fövqəladə vəziyyətlərdə ölkə prezidentini əvəz edə bilərlər. Lakin düşünürəm fiziki və əqli cəhətdən artıq yaşını göstərən Bayden ilə müqayisə edərsək, Harris ondan dəfələrlə daha güclü namizəddir. Yeri gəlmişkən Demokratlardan başqa bir namizədin də çıxmasını görə bilərik, amma ola bilsin parçalanmaya qarşı belə bir addım atılmasın. Əgər Trampın etdiyi kimi Harris də, bir sıra məşhur Demokratları - başda Obama və xanımı olmaqla, öz ətrafına yığıb dəstəklərini səsləndirə bilərsə, çox maraqlı və rəqabətli bir seçki görə bilərik. Yəni bu nöqteyi-nəzərdən Demokratların ikinci bir şansı hələ də var".

Əkbər Novruz

Seçilən
111
32
ednews.net

10Mənbələr