AZ

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Editor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“İyulun 20-si saat 22:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – hərbi qurumun məlumatında diqqətə çatdırılıb.

Seçilən
70
49
editor.az

9Mənbələr