AZ

Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 356 mini ötüb

Bakı. Trend:

Cari il iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadansahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmişfərdi sahibkarların sayı 1 milyon 356 mini ötüb.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, hesabatdövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşətəsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinintəmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdəxidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib.Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsashissəsi Bakıda (26,5 faiz), Lənkəran-Astara (10,2 faiz),Qazax-Tovuz (7,9 faiz) və Mərkəzi Aran (7,1 faiz) iqtisadirayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 77 faizi kişilər, 23 faizi isə qadınlarolub. Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyətnövündə mövcud sahibkarların ümumi sayının 35,7 faizini, “Kəndtəsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində25,7 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyətsahəsində isə 21,6 faizini təşkil edir. Sahibkar qadınların 28,6faizi Bakıda, 10,2 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz,qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdisahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydınolur ki, Qazax-Tovuz (28,2 faiz), Naxçıvan Muxtar Respublikası(26,7 faiz), Gəncə-Daşkəsən (25,9 faiz), Bakı (24,8 faiz) iqtisadirayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidənyuxarıdır.

Seçilən
38
5
az.trend.az

6Mənbələr