AZ

700 bal toplayıb valideynlərinə verdiyi sözə əməl etdi - Video

İyulun 7-də keçirilmiş qəbul imtahanında 700 bal toplayan Şəbnəm Novruzova Azərbaycan Diplomatik Akademiyasında təhsil almaq istəyir.

Teleqraf.com xəbər verir ki, o bu barədə İctimai Televiziyaya müsahibəsində deyib.

O bildirib ki, dərslərə başlamazdan əvvəl özü üçün plan qururmuş.

"Hər fənnə müəyyən vaxt ayırırdım".

Qeyd edək ki, II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib. İmtahanda 400 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal yığıb. Həmin abituriyent buraxılış imtahanında 300 bal toplayıb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
teleqraf.com

10Mənbələr