AZ

Messi bu oyunda iştirak etməsə, azarkeşlərə təzminat ödəyəcək

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də "Çikaqo Fayer” ilə görüşü buraxacağı təqdirdə rəqib azarkeşlərə təzminat ödəyəcək.

Ednews xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Sözügedən komandalarınn arasındakı matç sentyabrın 1-də baş tutacaq. Azarkeşlərin əskəriyyəti məhz Lionel Messini izləmək üçün "Çikaqo Fayer"in mövsümi biletlərini alır.

Buna görə də Messi sözügedən oyunda iştirak etməsə, "Çikaqo Fayer"in azarkeşlərinə təzminat ödəməli olacaq.

Xatırladaq ki, Messi iyulun 15-də Amerika Kubokunun Argentina - Kolumbiya finalında topuğundan zədə alıb və bu səbəbdən əvəzlənib. O, hazırda bərpa prosesi keçir.

Seçilən
15
4
ednews.net

5Mənbələr