AZ

Çoxları yalnız Alla Borisovnanı görməyə gəlmək istəyir

Alla Puqaçova bu il də Yurmalada məskunlaşıb. Yerli bloggerlər onun gəlişinin Laima Vaikule festivalının qala-konsertinə tələbatın katalizatoru olduğunu yazırlar. Əgər əvvəllər biletlər son dərəcə zəif satılıbsa, son günlər yerlərin 70 faizi satılıb. Çoxları yalnız Alla Borisovnanı görməyə gəlmək istəyir.

... “Komsomolskaya Pravda”nın yazdığına görə, Alla200 min avro (19 milyon rubl) müqabilində riqalı oliqarxın şəxsi məclisində çıxış etmək üçün dəvət edildiyi barədə şayiələr var.

Alla Puqaçova mühafizəçilərin müşayiəti ilə övladları Yelizaveta və Harri ilə Yurmalada gəzintidə görünür. İcarəyə verilən evdə qulluqçular və mühafizə xidməti var. Puqaçovanın əri müxtəlif şəhərlərdə və ölkələrdə keçirilən özəl tədbirlərdə pul qazanır.

O, yalnız avqustda Latviyaya qastrol səfərinə çıxır - avqustun 16-dək 8 konserti olacaq.

Puqaçovanın səhhətinin pisləşməsi ilə bağlı şayiələr onun Yurmaladan son fotolarından sonra ortaya çıxıb.

Alla Puqaçovanın keçmiş xadiməsi Lyudmila Dorondova müğənninin səhhətinin pisləşdiyini açıqlayıb.

Nazlı Almuradova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
12
sia.az

10Mənbələr