Bəs rəqəmsal dünyada uşaq böyüdərkən nələrə diqqət etməliyik?
Mövzu ilə bağlı uşaq psixoloqu Aytən Məmmədova Bizim Media-ya açıqlamasında bildirib ki, valideyinlər ilk olaraq uşaqları ilə düzgün vaxt keçirməyə çalışmalıdırlar:
“Valideyin uşağın asudə vaxtını düzgün planlamalı, maraq dairəsinə uyğun qurmalıdır. Komputer və telefondan çox istifadə edən uşaqlar asudə vaxtı düzgün planlaşdırılmayan, evdə çox vaxt keçirən uşaqlardır. Digər səbəb uşaqların diqqətdən kənar qalmalarıdır. Adətən diqqətdən kənar qalan uşaqlar vaxtlarını telefonda oyunlarla keçirməyi seçirlər. Valideyinlərin uşaqlarına vaxt ayırmaları, onlarla oynamaları önəmlidir”.
Telefon və komputerlərdən asılılıq uşaqlarda hansı problemlərə səbəb ola bilər?
Psixoloq bildirib ki, kiçik yaşlardan etibarən telefon və komputerlərdən istifadə uşaqlarda diqqət əskikliyi, aqressiya, impulsivlik, davranış problemləri, hətta davranış pozuntuları, yuxu problemləri, iştahsızlığa qədər gətirib çıxara bilir:
“Kiçik yaşlardan telefondan istifadə uşaqlarda ilk olaraq diqqət əskikliyinə səbəb olur. 0-2 yaş qrupu uşaqların valideyinlərinə tövsiyyə olunan odur ki, telefon, komputer və TV ümumiyyətlə icazə verilməsin. 2 yaşa qədər uşaqlar cizgi filminə də baxmamalıdırlar. Çünki onların beyni inkişaf edir və gördükləri hər şeyi təqlid edirlər. Bunlar gələcəkdə fəsadlara səbəb ola bilər. 0-2 yaş uşaqların şüaya məruz qalmaları onlarda bəzi inkişaf pozuntularını sürətləndirir, nitq ləngimələrinə gətirib çıxarır. Çünki o yaş beynin inkişafi üçün ən əsas dönəmdir və uşaqlara olduqca həssas, diqqətli yanaşılmalıdır.
10Mənbələr
-
turanpress.comKörpələrin telefon asılılığı — Rəqəmsal dünyada necə uşaq böyüdək? ( 8971544)
-
bizim.mediaƏsrin bəlası olan telefon fırıldaqçılığından necə qorunaq? ( 8902820)
-
demokrat.azKörpələrin telefon asılılığı — Rəqəmsal dünyada necə uşaq böyüdək? ( 8902658)
-
bizim.mediaƏsgərə “qara” xəbər necə verilməlidir? – Təzadlı AÇIQLAMALAR ( 8849036)
-
hurriyyet.az“Dediklərinizə əməl edilməyəcəksə, danışmaq nəyə lazımdır?!” – 5 AZYAŞLI UŞAĞI OLAN ABŞERON SAKİNİNDƏN SAHİL BABAYEVƏ MÜRACİƏT ( 8844245)
-
bizim.mediaHakim partiyanın namizədlərini rəqib düşərgə necə dəyərləndirir? – SORĞU ( 8827793)
-
olaylar.azAçılmamış sirli hadisələrdən ən qəribəsi - Batmayan qayıqdakı insanlar necə yoxa çıxıb? ( 8812172)
-
ikisahil.azQərb münaqişə yaratmaq üçün ermənilərdən necə istifadə edir? ( 8759480)
-
sfera.azGənclər masonluğa niyə maraq göstərir və təşkilata necə qoşulmaq olar? - AÇIQLAMA ( 8679719)
-
baki-xeber.comMobil telefon radiasiyasının həyat və sağlamlıq üzərindəki təsiri və SAR dəyəri ( 8644673)