AZ

Dünyanın ən uzun saçlı oğlanı - Foto

ABŞ-nin Cənubi Dakota ştatından olan 17 yaşlı oğlan saç uzatmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rekordlar Kitabının saytında məlumat verilir.

Yerli Amerika tayfasından olan Ruben Luks həmcinsləri arasında dünyanın ən uzun saçına sahibdir. Onun saçının uzunluğu 161 sm-dir.

O, iki yaşından bəri saçını kəsdirməyib. O, saçının uzunluğu 146 sm olan hindistanlı Sidakdip Sinqh Çahalın rekordunu qırıb. Böyüdükcə öz tayfasının ənənəsinə uyğun olaraq saçını uzatmağa davam edib.

Yeniyetmə qeyd edib ki, mədəniyyət cəhətdən uzun saç Lakota xalqının mədəniyyətinin bir hissəsidir. Bu yolla oğlan öz xalqının adət-ənənələrini qoruyur.

Bildirilir ki, kişilər arasında ən uzun saç üzrə rekordu Madrasdakı (Hindistan) Tirudaduturay monastırının abbatı Svami Pandarasannadhiyə məxsusdur. 1949-cu ildə onun saçının uzunluğu 7,9 m olub, yeniyetmələr arasında isə indiyə qədər qeydə alınan ən uzun saç üzrə rekordu hindistanlı Nilanşa Patel qırıb - qız saşlarını 2021-ci ildə kəsdirib və muzeyə bağışlayıb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
3
teleqraf.com

10Mənbələr