AZ

Paris-2024: Azərbaycan 3 paracüdoçu ilə təmsil olunacaq

Paris-2024 Paralimpiya Oyunlarında Azərbaycan 3 paracüdoçu ilə təmsil olunacaq. Mat.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Fransanın paytaxtında qadın paracüdoçularımızdan Xatirə İsmiyeva (J1, +70 kq) və Dürsədəf Kərimova (J2, +70 kq), kişilərdə isə İlham Zəkiyev (J1, +90 kq) tatamiyə çıxacaq. Dürsədəf Kərimova və İlham Zəkiyev dünya reytinqindəki mövqelərinə əsasən Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanıblar. Xatirə İsmiyevaya isə Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında Beynəlxaq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib. Qeyd edək ki, Paris-2024 Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-nə kimi davam edəcək.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
14
matc.az

10Mənbələr