AZ

Dövlət Xidmətindən daha bir XƏBƏRDARLIQ

Gün keçdikcə süni intellekt texnologiyasından istifadə edənlərin sayı artır.

 

Bəs süni intellekt nədir? Süni intellektdən istifadə edərkən hansı kibertəhlükəsizlik qaydalarına riayət etməliyik?

 

Sfera.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Süni intellekt (AI) proqramçı mütəxəssislər tərəfindən hazırlanan insan kimi düşünə bilən, öyrənən, problem həll edən və hətta yaradıcı qabiliyyətə malik xüsusiyyətləri özündə əks etdirən proqramlar, cihazlar və s. texnologiyalardır.

 

Süni intellekt xidmətlərindən istifadə edərkən fərdi məlumatlarınızı qarşı tərəfə ötürməkdən çəkinin. Nəzərə alın ki, etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatlarınızı üçüncü tərəflərə ötürə və beləcə, kiberdələduzun hücum cəhdini asanlaşdıra bilər.

 

Bununla yanaşı, işinizlə bağlı süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürməyin.

 

Xatırladaq ki, Dövlət Xidməti bu gün "Windows” əməliyyat sistemini yeniləməyin”, deyə çağırış etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
sfera.az

4Mənbələr