AZ

Dünya çempionu Premyer Liqaya qayıdır

"Əl-İttihad"ın yarımmüdafiəçisi N'Qolo Kante Premyer Liqaya qayıda bilər.

Publik.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Artıq Səudiyyə klubu ilə danışıqlar aparan “Vest Hem” 33 yaşlı yarımmüdafiəçini transfer etmək niyyətindədir. Kante indiki komandasından razı olsa da, əvvəllər "Çelsi"də çıxış edən fransız futbolçu Londona qayıtmaqdan şaddır. Fransa millisinin heyətində dünya çempionu olan Kantenin transfer qiyməti təxminən 20 milyon funt sterlinqdir.

Qeyd edək ki, 2023/24 mövsümündə Kante "Əl İttihad"ın heyətində 44 matçda 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

Seçilən
5
1
publika.az

2Mənbələr