AZ

Ermənistan “onun ətrafında rəqs edir” — Köçəryan SƏRT DANIŞDI

"Ermənistanın baş naziri Nikol Paşinyan siyasi xadim kimi artıq özünü tükəndirib".

Demokrat.az
erməni mediasına istinadən xəbər verir ki, bunu siyasi ekspert Tiqran Köçəryan deyib.

Onun sözlərinə görə, belə bir şəraitdə Paşinyan kənar aktorların onun qarşısına qoyduğu bütün şərtlərlə razılaşmaq məcburiyyətindədir, başqa yolu yoxdur:

"Məsələn, o, amerikalıların tələblərinə qarşı çıxmaq qərarına gəlsə, o zaman ABŞ indiki hakimiyyətin yol verdiyi bütün demokratik normaların pozulmasını dərhal görəcək. Bu isə hakim elitanın Rusiyadan heç bir dəstəyinin olmadığı şəraitdə ciddi mövqe itkisi deməkdir. Buna görə də Paşinyanın imtina etmək resursu yoxdur, ondan nə tələb olunursa, onu edəcək".

Seçilən
72
1
demokrat.az

2Mənbələr